Maliyyə Bank Sığorta İqtisadiyyat Qarabağ Sosial Regionlar Yazarlar-Müsahibələr TƏBİB      
ECONEWS.AZ     

06 Fev
2023
13:42
210
“Bakı Fond Birjası”nın dövriyyəsi 29% artıb

2023-cü ilin yanvar ayında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 1 milyard 472,069 milyon manat təşkil edib.

İnfocenter.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayına nisbətən 29% çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 11,3% artaraq 943 olub.

BFB-nin dövriyyəsinin 43,9%-i və yaxud 646,863 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 8,3% çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 2,1 dəfə artaraq 35,949 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 68,6% artaraq 789,256 milyon manat olub.


Infocenter.az




Ən Çox Oxunanlar








Avtomobillərə dəyən ziyan, zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək.








Milli Məclisin deputatlarının maaşı artırıldı








Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı



Digər Maliyyə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün infocenter.az saytını izləyin. infocenter.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

          Əlaqə


info@infocenter.az





© Infocenter.az 2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.