Maliyyə Bank Sığorta İqtisadiyyat Qarabağ Sosial Regionlar Yazarlar-Müsahibələr TƏBİB      
ECONEWS.AZ     

22 Iyun
2022
13:49
89
Bank sektorunun aktivləri 41 milyard manatı ötüb

Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 41 milyard 371,5 milyon manat təşkil edib.

İnfocenter.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 22,4% çoxdur.

Bankların aktivlərinin 16 milyard 884,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 25,1% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 39,9%-dən 40,8%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 24,9% artaraq 36 milyard 293 milyon manata, o cümlədən depozit portfeli 34,8% artaraq 29 milyard 737,6 milyon manata çatıb. Bunun 10 milyard 389 milyon manatı fiziki, 19 milyard 348,6 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 22,5%, şirkətlərin banklardakı vəsaitləri isə 42,4% artıb.

Son 1 ildə bankların Mərkəzi Bank qarşısında öhdəliyi isə 21,7% azalaraq 290,9 milyon manat olub.

Sektorun balans kapitalı isə 6,9% artaraq 5 milyard 078,5 milyon manat təşkil edib.

Infocenter.az




Ən Çox Oxunanlar








Bu şəxslər cərimələnəcək








Xaricdən gətirilən ərzaq məhsulları nə qədər bahalaşıb?








Bu 4 bankın balans kapitalı 400 milyon manatdan çoxdur








Samir Şərifov: “Azərbaycanda qazın qiyməti heç nədir”








Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayrılıb








Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi








Azərbaycanda illik inflyasiya 12,4% olub








Ölkədə pul bazası 10%-dək artıb








“Azərsun Sənaye Parkı”na dəymiş zərərin həcmi məlum oldu








Bu il sahibkarlara 13 milyon manat güzəştli kredit verilib








Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin büdcəsi kəskin azaldılıb








Bizneslərə ən çox məbləğdə güzəştli kredit verən - 5 BANK








Hesablama Palatası AZAL-da yoxlamalara başlayıb








Sədr: “Quru sərhədi açılsa Azərbaycana turist axını 2 dəfə artar”



Digər Maliyyə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün infocenter.az saytını izləyin. infocenter.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

          Əlaqə


info@infocenter.az





© Infocenter.az 2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.