![]() |
ECONEWS.AZ |
![]()
06 Fev
2023
14:17
![]() Ceyhan terminalına neft ixracı dayandırılıb Türkiyənin cənubunda yerləşən Ceyhan neft terminalına neftin ixracı dayandırılıb. İnfocenter.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat verib. Məlumata görə, Türkiyədə baş verən güclü zəlzələ səbəbindən Ceyhan limanında neft əməliyyatları tam olaraq dayandırılıb. Bildirilir ki, İraq neftini Ceyhana nəql edən Kərkük-Ceyhan və Azərbaycan neftini Türkiyəyə daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə ziyan heç bir dəyməyib. Bu kəmərləri ilə neftin nəqli davam etdirilir. Qeyd edək ki, Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir. Xatırladaq ki, bazar ertəsi səhər saatlarında Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 500-dən çox adam ölüb, yüzlərlə insan yaralanıb, bölgədə binalar uçub, dağıntılar altında sağ qalanların axtarışına başlayıb. Daha əvvəl dövlət boru kəməri operatoru BOTAŞ bildirib ki, qaz kəmərinin zədələnməsi nəticəsində Qaziantep, Hatay və Kahramanmaraş əyalətləri və bəzi digər ərazilərdə təbii qaz axını dayandırılıb.
|
Ən Çox Oxunanlar
Avtomobillərə dəyən ziyan, zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək.
Milli Məclisin deputatlarının maaşı artırıldı
Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı
|
|