Maliyyə Bank Sığorta İqtisadiyyat Qarabağ Sosial Regionlar Yazarlar-Müsahibələr TƏBİB      
ECONEWS.AZ     

17 Yan
2023
11:09
261
Pensiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən verilən məlumata görə, yanvarın 12-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkənin digər bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il üzrə verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği (16,66 manat) də bu ilin əvvəlindən onların pensiyalarına daxil edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilib.

Eyni zamanda, xüsusi şərtlərlə pensiya təyin olunmuş, qulluq stajına görə əlavələr alan pensiyaçılara (pensiyada olan hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s.) ötən il hər ay pensiyalarının 10 faizi qədər ödənilmiş maddi yardım da artıq bu ayın əvvəlindən onların pensiyası tərkibinə daxil edilib və pensiyaları da bu artımla ödənilib.

Infocenter.az




Ən Çox Oxunanlar








Avtomobillərə dəyən ziyan, zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək.








Milli Məclisin deputatlarının maaşı artırıldı








Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı



Digər Manşet xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün infocenter.az saytını izləyin. infocenter.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

          Əlaqə


info@infocenter.az





© Infocenter.az 2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.