Maliyyə Bank Sığorta İqtisadiyyat Qarabağ Sosial Regionlar Yazarlar-Müsahibələr TƏBİB      
ECONEWS.AZ     

28 Sen
2022
14:21
255
Xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın şəxsin pensiyası artacaq

Azərbaycanda xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın şəxsin pensiyası artacaq.

İnfocenter.az xəbər verir ki, bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış “Əmək pensiyaları haqqında” dəyişiklikdə əksini tapıb.

Layihənin qəbulu nəticəsində dövlət büdcəsinə mahiyyət etibarı ilə hər hansı əlavə maliyyə yükü yaranmayacaq.

Belə ki, qanunun 29.2-ci maddəsinə əsasən bu qanunun 20-ci maddəsində adı keçən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, teminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır və dövlət büdcəsindən ödənilir. Aparılan hesablamalar göstərir ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin pensiyalarının yenidən hesablanmasına xərclənən vəsaitin, bu dövrdə onların pensiyaları indeksasiya edilərdisə onda bunun üçün xərclənən vəsait ilə təxminən bərabər olması ehtimal edilir. Beləliklə, yeni metodologiya ilə 3-5 ildən bir əməkhaqqındakı artım nəticəsində qulluq stajına görə əlavələrin yenidən hesablanması üçün sərf edilən maliyyə vəsaiti hər il müəyyən proporsiyalarla həmin əlavələrin indeksləşdirilməsinə sərf ediləcək.

Layihə, hazırda xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın pensiyaçını əhatə edəcək.

Infocenter.az




Ən Çox Oxunanlar








Avtomobillərə dəyən ziyan, zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək.








Milli Məclisin deputatlarının maaşı artırıldı








Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı



Digər Sosial xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün infocenter.az saytını izləyin. infocenter.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

          Əlaqə


info@infocenter.az





© Infocenter.az 2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.