Maliyyə Bank Sığorta İqtisadiyyat Qarabağ Sosial Regionlar Yazarlar-Müsahibələr TƏBİB      
ECONEWS.AZ     

17 Yan
2023
10:14
204
ARDNF dekabrda valyuta hərraclarındakı satışını kəskin azaldıb

2022-ci ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında satılmış 595,9 milyon ABŞ dolları vəsaitin cəmi 92,4 milyon ABŞ dolları Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Fonddan bildirilib.

"2022-ci ildə dövlət büdcəsinə proqnozda nəzərdə tutulandan daha çox vəsaitin daxil olması səbəbindən ARDNF-dən dövlət büdcəsinə transfert azalıb və bu nəticə etibarilə Fondun manat alışı məqsədilə həyata keçirdiyi valyuta satışına təsir göstərib", - deyə qurum bəyan edib.

Başqa sözlə, AMB uzun fasilədən sonra ilk dəfə ötən ay valyuta ehtiyatlarının bir hissəsini (503,5 milyon ABŞ dolları) hərraca çıxarmalı olub. Bununla belə, ay ərzində qurumun valyuta ehtiyatları 1 026,5 milyon ABŞ dolları və yaxud 12,9 % artaraq 7 969,2 milyon ABŞ dollarından 8 995,7 milyon ABŞ dollarına çatıb.

Infocenter.az




Ən Çox Oxunanlar








Avtomobillərə dəyən ziyan, zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək.








Milli Məclisin deputatlarının maaşı artırıldı








Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı



Digər Maliyyə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün infocenter.az saytını izləyin. infocenter.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

          Əlaqə


info@infocenter.az





© Infocenter.az 2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.