Martın 6-sı, saat 16:00-da “AzeSteelCompany” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İnfocenter.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti, 3007-ci məhəllə, 44C ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin əlavə səhm buraxılışı ilə nizamnamə kapitalının artırılması, istiqraz buraxılışı, maliyyə hesabatlarının təsdiq edilməsi, idarə heyətinin üzvlərinin dəyişdirilməsi və yenidən seçilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “AzeSteelCompany” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır.
Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün infocenter.az saytını izləyin. infocenter.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.