![]() |
ECONEWS.AZ |
![]()
20 Iyun
2022
09:22
![]() Azərbaycan qazı Avropada daha bir ölkəyə nəql ediləcək İyunun 19-da Azərbaycan qazının daha bir ölkəyə nəqli başlayıb. İnfocenter.az xəbər verir ki, “Interconnector Greece – Bulgaria” (IGB) kəmərinin operatoru Azərbaycan qazının Yunanıstandan Bolqarıstana sınaq nəqlinə start verib. Qeyd edək ki, Azərbaycan qazının Bolqarıstana nəqli üçün Trans Adriatik Qaz kəmərindən (TAP) ayrılan əlavə qol - Yunanıstandan Bolqarıstana interkonnekter adlanan boru çəkilib. Bu boru (IGB) hələ iki ay əvvəl 2022-ci il martın sonunda TAP-a qoşulub. İyun ayının sonunadək kəmərə sınaq miqdarında qaz vurulucaq, bundan sonra iyulun 1-dən başlayaraq, tədarük tam həcmdə həyata keçiriləcək. Bolqarıstan il ərzində 1 milyard kubmetr Azərbaycan qazı almalıdır. Sistemlərarası IGB (Interconnector Greece-Bulgaria) qaz boru kəməri “Bulqartransqaz” kompaniyasının milli qaz şəbəkəsini yunan qaz şəbəkəsi ilə birləşdirir. Onun uzunluğu 140 kilometr, buraxılış gücü illik 3 milyard kubmetrdir. Qaz kəməri ildə 3 milyard kubmetrə hesablanıb və gələcəkdə tədarük həcmi 5,5 milyard kubmetrə qədər genişləndiriləcək. IGB-nin kəmərinin tikintisinə 2019-cu il mayın 22-də başlanılıb. Dəyəri 240 milyon avro olan kəmərin 2021-ci ilin iyulunda, daha sonra 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılsa da, pandemiya səbəbindən kəmərin 2022-ci ilin yayında istifadəyə verilməsinin nəzərdə tutulduğu açıqlanmışdı. IGB Transadriatik (TAP) qaz kəmərindən Yunanıstan milli qaz sisteminə, sonradan isə üzən reqazifikasiya qurğusu ilə Aleksandrupolis limanına bağlanacaq. Bununla yanaşı, IGB gələcəkdə təbii qazı Yunanıstandan Bolqarıstana, oradan isə Serbiya, Şimali Makedoniya, Rumıniya və Macarıstana, həmçinin Ukraynaya çatdırmağı planlaşdırır.
|
Ən Çox Oxunanlar
Milli Məclisin deputatlarının maaşı artırıldı
Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı
Bu şəxslər cərimələnəcək
Xaricdən gətirilən ərzaq məhsulları nə qədər bahalaşıb?
Bu 4 bankın balans kapitalı 400 milyon manatdan çoxdur
Samir Şərifov: “Azərbaycanda qazın qiyməti heç nədir”
Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayrılıb
Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi
Azərbaycanda illik inflyasiya 12,4% olub
Ölkədə pul bazası 10%-dək artıb
“Azərsun Sənaye Parkı”na dəymiş zərərin həcmi məlum oldu
Bu il sahibkarlara 13 milyon manat güzəştli kredit verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin büdcəsi kəskin azaldılıb
Bizneslərə ən çox məbləğdə güzəştli kredit verən - 5 BANK
|
|