Maliyyə Bank Sığorta İqtisadiyyat Qarabağ Sosial Regionlar Yazarlar-Müsahibələr TƏBİB      
ECONEWS.AZ     

22 Iyun
2022
16:59
172
BDU BMT-nin beynəlxalq elmi tədbirinə ev sahibliyi edəcək

2022-ci il 31 oktyabr – 4 noyabr tarixlərində BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universiteti (BDU) tərəfindən “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer üzrə BMT/Azərbaycan işçi seminarı” (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) adlı beynəlxalq tədbir keçiriləcək (https://www.unoosa.org/oosa/en/ourwork/psa/schedule/2022/2022-iswi-workshop.html?testme).

İnfocenter.az bu barədə Bakı Dövlət Universitetinə istinadən xəbər verir.

Qeyd edək ki, Bakı şəhərində keçiriləcək yüksək səviyyəli tədbirə Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) də dəstək verəcək.

Son illər Azərbaycanda kosmik tədqiqatların və kosmik sənayenin inkişafına, müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir və bu istiqamətdə kadr hazırlığı önəmli rol oynayır. Qeyd olunmaldır ki, Beynəlxalq Kosmik Hava Təşəbbüsü (The International Space Weather Initiative - ISWI) kosmik hava məlumatlarının əldə edilməsində zəruri sayılan cihazların quraşdırılmasına, həmin məlumatların təhlilinə və alınan nəticələrin digər rəqəmsal elmi məlumatlarla əlaqələndirilməklə analizinə xidmət edən beynəlxalq əməkdaşlıq proqramıdır. Bu proqram çərçivəsində Bakıda keçiriləcək tədbir Azərbaycanda adıçəkilən sahənin inkişafı üçün geniş imkanlar açacaq, kosmik tədqiqatların və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaq.

5 gün davam edəcək beynəlxalq elmi tədbirin əsas məqsədləri inkişaf etməkdə olan ölkələrdə müvafiq elmi cihazların quraşdırılması və kosmik hava məlumatlarının emalı işlərini davam etdirməklə yanaşı, xüsusi maraq kəsb edən tədqiqat nəticələrinə diqqət yetirmək, eyni zamanda beynəlxalq koordinasiya və əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdan ibarətdir. Beynəlxalq elmi tədbirdə Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi, təcrübi biliklərin mübadiləsi və müzakirəsi məqsədilə Azərbaycandan, Avropa, Asiya və Afrika ölkələrindən olan alim və mütəxəssislərin plenar, şifahi və poster məruzələrlə Günəş fizikası, Günəş-Yer əlaqələri, Kosmik Hava Cihazları və Məlumatlar Bazası, Kosmik Havanın Modelləşdirilməsi, Qlobal Naviqasiya Peyk Sistemlərinə Kosmik Hava Təsirləri, Geosfer, Maqnitosfer-İonosfer-Termosfer əlaqələri, Milli Kosmik Hava Proqramları və Tədqiqatları, Təhsil və Təcrübə proqramları üzrə çıxışları, həmçinin, yerli və xarici elmi təşkilatların əməkdaşlarının və ali təhsil müəssisələrindən təhsilalanların dinləyici qismində iştirakları nəzərdə tutulur.

Seminarın gözlənilən nəticələrinə kosmik hava məlumatlarının yüksək dəqiqliklə toplanması, mübadiləsi və çatdırılması, həmçinin qabaqcıl təcrübələrin təşviqi yolu ilə modelləşdirmə və proqnozlaşdırma metodlarının dəqiqliyinin və etibarlığının artırılması üçün tövsiyələrin hazırlanması da daxildir.

Tədbirdəki müzakirələr həmçinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” və onun Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üçün müəyyən edilmiş hədəfləri ilə əlaqələndiriləcək, əldə olunan nəticə və tövsiyələr isə Birləşmiş Millətlər Təşkilatının Kosmosdan Dİnc Məqsədlə İstifadə Komitəsinin (COPUOS) hesabatı çərçivəsində BMT-nin Baş Assambleyasına təqdim olunacaq.

Infocenter.az




Ən Çox Oxunanlar








Bu şəxslər cərimələnəcək








Xaricdən gətirilən ərzaq məhsulları nə qədər bahalaşıb?








Bu 4 bankın balans kapitalı 400 milyon manatdan çoxdur








Samir Şərifov: “Azərbaycanda qazın qiyməti heç nədir”








Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayrılıb








Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi








Azərbaycanda illik inflyasiya 12,4% olub








Ölkədə pul bazası 10%-dək artıb








“Azərsun Sənaye Parkı”na dəymiş zərərin həcmi məlum oldu








Bu il sahibkarlara 13 milyon manat güzəştli kredit verilib








Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin büdcəsi kəskin azaldılıb








Bizneslərə ən çox məbləğdə güzəştli kredit verən - 5 BANK








Hesablama Palatası AZAL-da yoxlamalara başlayıb








Sədr: “Quru sərhədi açılsa Azərbaycana turist axını 2 dəfə artar”



Digər Sosial xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün infocenter.az saytını izləyin. infocenter.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

          Əlaqə


info@infocenter.az





© Infocenter.az 2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.