Maliyyə Bank Sığorta İqtisadiyyat Qarabağ Sosial Regionlar Yazarlar-Müsahibələr TƏBİB      
ECONEWS.AZ     

29 Dek
2022
16:26
286
Bu avtomobillərin sığortasından imtina edilir

Bəzi sığorta şirkətləri mühərrik həcmi kiçik olan avtomobilləri icbari sığorta etmirlər. Həmin nəqliyyat vasitələrinin daha çox taksidə istifadə edildiyini ehtimal edən şirkətlər bunun riskli olduğunu əsas gətirərərək icbari sığorta etməkdən imtina edirlər.

İnfocenter.az xəbər verir ki, iki həftə əvvəl Almaniyadan gətirilən avtomobili heç bir sığorta şirkəti icbari sığorta etmir.

Paytaxt sakini Rafət Rzayev deyir ki, avtomobil Azərbaycana gətirildikdən sonra gömrük rəsmiləşdirməsini rahat edib, Baş Dövlət Yol Polisi İdarəsində nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanı alıb. Amma icbari sığorta etmək istəyəndə şirkətlər ona bildiriblər ki, mühərrik həcimi 1.4 olduğu üçün bu mümkün deyil.

Sürücü iddia edir ki, beş sığorta şirkətinə müraciət etsə də ona imtina gəlib. Sığortası olmayan avtomobillər şəhər ərazisində hərəkətdə olanda xüsusi texniki vasitələrin köməyi ilə həmin sürücü barəsində elektron protokol tərtib edilir. Əlacsız qaldığından Rafət Rzayev yeni aldığı avtomobili idarə etmir.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, bəzi sığorta şirkətləri mühərrik həcmi kiçik olan nəqliyyat vasitələrini sığorta etməkdə maraqlı deyillər. Amma bu, qanunla qadağandır. Ekspert deyir ki, heç bir sığorta şirkətinin imtina etmək kimi bir hüququ yoxdur.

Sürücülərin üzləşdiyi bu məsələ ilə bağlı Mərkəzi Banka müraciət etdik. Qurumdan bildirildi ki, ”İcbari sığortalar haqqında” qanuna əsasən sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Odur ki, istənilən avtomobilin, o cümlədən mühərrikin həcmi 2000 kub santimetrdən aşağı olan avtomobillərin sığortalanmasından imtina oluna bilməz. Belə faktlar aşkarlanarsa Mərkəzi Bankın qaynar xətti ”966”ya dərhal müraciət olunmalıdır.

 

”Həmçinin qeyd edək ki, müvafiq faktların aşkarlandığı halda hüquq pozuntusuna yol verən sığortaçılara qarşı qanunvericliyə uyğun olaraq nəzarət tədbirləri tətbiq olunacaq”,- deyə Mərkəzi Bankdan bildirildi.

Infocenter.az




Ən Çox Oxunanlar








Avtomobillərə dəyən ziyan, zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək.








Milli Məclisin deputatlarının maaşı artırıldı








Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı



Digər Sığorta xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün infocenter.az saytını izləyin. infocenter.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

          Əlaqə


info@infocenter.az





© Infocenter.az 2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.