Deputat: "Azərbaycanda problemli kreditlərlə bağlı mənzərə pis deyil"
Hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil.
İnfocenter.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə 20 milyardlıq kredit borcları var: “Vaxtı keçmiş kreditlərin həcmi təxminən 600 milyona yaxındır ki, bu da 3 % həcmindədir. Mərkəzi Bank bu istiqamətdə kifayət qədər mexanizm qurmağı bacarıb".
Komitə sədri bildirib ki, bu, beynəlxalq təcrübədə qəbul olunacaq bir haldır. T.Mirkişili həmçinin qeyd edib ki, yaxın vaxtlarda parlamentə banklarla bağlı ayrıca bir qanunlar paketinin gəlməsi gözlənilir.
Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün infocenter.az saytını izləyin. infocenter.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.