![]() |
ECONEWS.AZ |
22 Iyun
2022
16:13
![]() Deputatların maaş artımı təklifi ilk oxunuşda qəbul edildi Azərbaycanda deputatların maaşı artırılır. Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Hazırkı qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faizi, Milli Məclisin komitə və komissiya sədri – 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini – 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Dəyişikliklə isə Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faizi, Milli Məclisin komitə və komissiya sədri – 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini – 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq. Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
|
Ən Çox Oxunanlar
Bu şəxslər cərimələnəcək
Xaricdən gətirilən ərzaq məhsulları nə qədər bahalaşıb?
Bu 4 bankın balans kapitalı 400 milyon manatdan çoxdur
Samir Şərifov: “Azərbaycanda qazın qiyməti heç nədir”
Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayrılıb
Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi
Azərbaycanda illik inflyasiya 12,4% olub
Ölkədə pul bazası 10%-dək artıb
“Azərsun Sənaye Parkı”na dəymiş zərərin həcmi məlum oldu
Bu il sahibkarlara 13 milyon manat güzəştli kredit verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin büdcəsi kəskin azaldılıb
Bizneslərə ən çox məbləğdə güzəştli kredit verən - 5 BANK
Hesablama Palatası AZAL-da yoxlamalara başlayıb
Sədr: “Quru sərhədi açılsa Azərbaycana turist axını 2 dəfə artar”
|
|