![]() |
ECONEWS.AZ |
![]()
17 Mart
2023
14:20
![]() "Masdar" 2026-cı ilə qədər Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikəcək Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti 2025-ci ilə qədər Azərbaycanda 1 geqavat həcmində günəş, 2026-cı ilə qədər 1 geqavat həcmində külək enerjisi stansiyalarının tikilməsi planlaşdırır. İnfocenter.az xəbər verir ki, bunu "Masdar Azərbaycan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin ölkə meneceri Murad Sadıqov "Yaşıl hidrogen- karbonsuzlaşmaya aparan yol" adlı seminarda deyib. M. Sadıqov bildirib ki, “Masdar” şirkətinin Azərbaycanda inşa etdiyi Qaradağ Günəş Fotovoltaik (PV) Elektrik Stansiyası layihəsi gələn ilin əvvəlində yekunlaşacaq: Bizim "yaşıl enerji" ilə bağlı gündəliyimiz var. Bu gündəlikdəki məsələlər və bizim hədəflərimiz Azərbaycanın strateji xətti ilə üst-üstə düşür. Bu məsələlər əsasən neft-qaz sektorunun dekarbonizasiyası, mövcud infrastrukturun yaxşılaşdırılması və neft-qaz sektorunda təkmilləşdirmə işlərinin aparılması, yüksək karbon tullantılarının azaldılması, yerli şirkətlər üçün yeni iş yerlərinin açılması, yeni təchizat zəncirinin təşkili və "yaşıl enerji"nin inkişafına töhfə verməklə bağlıdır". M. Sadıqov qeyd edib ki, "Masdar" olaraq Azərbaycan hökuməti və maraqlı tərəflərlə birlikdə istəyirik ki, Azərbaycanda ilkin investisiya təşəbbüslərini yerinə yetirək və gələcəyə doğru addımlayaq: "Biz SOCAR-la əməkdaşlıq memorandumu imzalamışıq və əməkdaşlığımız davam edir. Eyni zamanda Cənub Qaz Dəhlizi bizim üçün strateji məsələlərdən biridir. Biz yerli təchizat zəncirinin dəyərləndirilməsi barədə tədqiqatlar aparırıq və yerli şirkətlərin də potensialını aşkar edirik ki, onlar da bərpa olunan enerjidən istifadəyə təkan versinlər".
|
Ən Çox Oxunanlar
Avtomobillərə dəyən ziyan, zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək.
Milli Məclisin deputatlarının maaşı artırıldı
Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı
|
|