Bu ilin yanvar-may aylarında Naxçıvan MR-da 1 milyard 50,6 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 1,8% çoxdur.
İnfocenter.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə hər bir nəfərə düşən ÜDM-in dəyəri isə 2,2% artaraq 2 267 manat olub.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. 5 ayda sənaye üzrə 472,5 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da illik müqayisədə 1,7% çoxdur.
Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün infocenter.az saytını izləyin. infocenter.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.