![]() |
ECONEWS.AZ |
![]()
27 Apr
2022
13:54
![]() Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin büdcəsi kəskin azaldılıb 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) gəlirləri 26,959 milyon manat təşkil edib. İnfocenter.az nazirliyə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,4 dəfə azdır. RİİN-in ötənilki gəlirlərinin 16,895 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 3,6 dəfə azdır. Hesabat dövründə nazirlik birja əməliyyatlarından 9,866 milyon manat (2,3 dəfə çox), sair əməliyyatlardan isə 198 min manat (əvvəlki il olmayıb) gəlir əldə edib. 2021-ci ildə RİİN-in xərcləri də 2,4 dəfə azalaraq 26,826 milyon manat, o cümlədən əmək haqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 4,6 % artaraq 5,953 milyon manat, maliyyə yardımı və sair transferləri 3 dəfə artaraq 20,123 milyon manat, sərf etdiyi materialların dəyəri 30,1% azalaraq 51 min manat, amortizasiya xərcləri 1,9 % artaraq 106 min manat, sair əməliyyat xərcləri isə 58% artaraq 594 min manat olub.
|
Ən Çox Oxunanlar
Milli Məclisin deputatlarının maaşı artırıldı
Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı
Bu şəxslər cərimələnəcək
Xaricdən gətirilən ərzaq məhsulları nə qədər bahalaşıb?
Bu 4 bankın balans kapitalı 400 milyon manatdan çoxdur
Samir Şərifov: “Azərbaycanda qazın qiyməti heç nədir”
Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayrılıb
Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi
Azərbaycanda illik inflyasiya 12,4% olub
Ölkədə pul bazası 10%-dək artıb
“Azərsun Sənaye Parkı”na dəymiş zərərin həcmi məlum oldu
Bu il sahibkarlara 13 milyon manat güzəştli kredit verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin büdcəsi kəskin azaldılıb
Bizneslərə ən çox məbləğdə güzəştli kredit verən - 5 BANK
|
|