![]() |
ECONEWS.AZ |
![]()
17 Mart
2023
11:15
![]() Sığorta sektorunun aktivləri ötən il 20%-dən çox artıb 2022-ci ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 594 milyon manat təşkil edib. İnfocenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2021-ci ilin sonu ilə müqayisədə 20,3 % çoxdur. Bu ilin əvvəlinə sektorun aktivlərinin 719 milyon manatı və yaxud 40 %-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 35,2 % çoxdur. O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 38,3 % artaraq 632 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 16 % artaraq 87 milyon manata çatıb. Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 3,6 % artaraq 319 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 15,5 % artaraq 119 milyon manat, digər aktivləri isə 14,7 % artaraq 438 milyon manat təşkil edib.
|
Ən Çox Oxunanlar
Avtomobillərə dəyən ziyan, zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək.
Milli Məclisin deputatlarının maaşı artırıldı
Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı
|
|