Maliyyə Bank Sığorta İqtisadiyyat Qarabağ Sosial Regionlar Yazarlar-Müsahibələr TƏBİB      
ECONEWS.AZ     

12 Yan
2023
09:48
309
Sığorta şirkətləri icbari sığortadan imtina edə bilməyəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortalanması – avtomobillərin icbari sığortası barədə qərar qəbul edib.

İnfocenter.az xəbər verir ki, AMB İdarə Heyətinin qərarı ilə «İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər»də dəyişikliklər edilib.

Yeni qərara uyğun olaraq sığorta şirkətlərinin üzərinə daha bir öhdəlik qoyulub

Tələbə əsasən onlar öz internet səhifələlərində icbari sığorta alınması – yəni sığorta müqaviləsinin alınması üçün imkan yaratmalıdırlar.

Yeni qərara əsasən sığorta şirkətləri bu imkanı 10 gün ərzində yaratmalıdırlar.

Tələblərə edilən dəyişiklik bundan ibarətdir:

“4-1. Rəsmi internet səhifəsi ilə bağlı tələb

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına icazə verilməsi üçün sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə Qanunun 8.1-ci maddəsinə uyğun olaraq bağlanması imkanına malik olmalıdır”;

aşağıdakı məzmunda 5.3-cü bənd əlavə edilsin:

“5.3. Tələblərin 4-1-ci hissəsinin qüvvəyə mindiyi günə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını 10 (on) gün müddətində Tələblərin 4-1-ci hissəsinə uyğunlaşdırmalıdırlar”.

Infocenter.az




Ən Çox Oxunanlar








Avtomobillərə dəyən ziyan, zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək.








Milli Məclisin deputatlarının maaşı artırıldı








Bu il müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı



Digər Sığorta xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün infocenter.az saytını izləyin. infocenter.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

          Əlaqə


info@infocenter.az





© Infocenter.az 2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.